Tramp: ABŞ və İran arasında danışıqların rəsmən başlayıb

Tramp: ABŞ və İran arasında danışıqların rəsmən başlayıb
  11 Aprel 2026    Oxunub:1903
ABŞ Prezidenti Donald Trump ABŞ və İran arasında danışıqların rəsmi olaraq başladığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə NewsNation telekanalının jurnalisti Kelly Meyer məlumat yayıb.

Onun sözlərinə görə, Trampdan danışıqların rəsmi başlayıb-başlamadığı soruşulub və o, bu sualı müsbət cavablandırıb. Jurnalist həmçinin İran tərəfinin danışıqlarda səmimi davranıb-davranmadığını soruşduqda, Tramp “Bunu sizə yaxın vaxtlarda deyəcəyəm, bu, çox çəkməyəcək” cavabını verib.

Qeyd olunub ki, ABŞ və İran nümayəndələri arasında danışıqlar Islamabad şəhərində keçirilir.

Röya Əliyeva






Teqlər:



Xəbər lenti