Paşinyan Putinlə görüşəcəyini deyib

Paşinyan Putinlə görüşəcəyini deyib
  09 Aprel 2026    Oxunub:1975
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşü iyun ayına planlaşdırılır.
Bu barədə Paşinyan, hökumət iclasından sonra keçirdiyi brifinqdə deyib.

“Biz növbəti görüşlər, o cümlədən iyunun ikinci yarısına nəzərdə tutulan yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”,- o bildirib.

Paşinyan qeyd edib ki, aprelin 1-də Putinlə keçirdiyi görüş çox uğurlu keçib.

“Rusiya ilə münasibətlər konstruktiv transformasiya mərhələsindədir və mən bu prosesi müsbət dəyərləndirirəm. Biz münasibətlərimizi mehriban dialoq məntiqində qoruyub saxlayacağıq”, - Paşinyan bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti