Pakistanda 45 nəfər ölüb, 105 nəfər yaralanıb
Bu barədə “Geo TV” yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Vilayətin fövqəladə halların idarə olunması agentliyinin məlumatına görə, bölgə sakinləri əsasən sel sularının yuyub apardığı tikililərin uçması nəticəsində zərər çəkiblər. Ümumilikdə 442 evə ziyan dəyib, onlardan 60-ı tamamilə dağılıb.
Qurum 6–9 aprel tarixlərində yenidən güclü yağışların gözlənildiyi barədə xəbərdarlıq edib və sakinlərə təcili ehtiyac olmadığı halda təbii fəlakətlərə daha çox məruz qalan ərazilərə səfər etməmələri tövsiyə olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


