İran ABŞ-la danışıqlardan imtina edir

//Region ölkələrinin cəhdləri nəticəsiz qaldı

İran ABŞ-la danışıqlardan imtina edir
  06 Aprel 2026    Oxunub:2287
Region ölkələri İranı ABŞ-la danışıqlara qaytarmağa çalışır – nəticə yoxdur
Türkiyə, Misir və Pakistan müharibəni dayandırmaq və ya ən azı müvəqqəti atəşkəsə nail olmaq məqsədilə İranı ABŞ-la danışıqlar masasına qaytarmağa çalışır, lakin bu istiqamətdə səylər hələlik nəticə verməyib.

Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi öz tələblərindən geri çəkilmək niyyətində deyil və müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazının açılması ilə bağlı təklifi rədd edib.

Nəşr yazır ki, Tehran vasitəçilərə yaxın günlərdə İslamabad şəhərində ABŞ rəsmiləri ilə görüşmək istəmədiyini bildirib. İran rəsmiləri Vaşinqtonun müharibəyə son qoyulması ilə bağlı irəli sürdüyü şərtləri də qəbuledilməz hesab edir.


Teqlər:



Xəbər lenti