İran yeni hədəflərini açıqladı

İran yeni hədəflərini açıqladı
  03 Aprel 2026    Oxunub:2328
ABŞ və İsrailin Tehrana yaxın Kərəc şəhərində yerləşən və “Yaxın Şərqin ən hündür körpüsü” kimi tanınan B1 körpüsünə zərbəsi ölkədə ciddi rezonans doğurub.
İran KİV-lərinin məlumatına görə, hücumdan sonra İran ordusu bölgədə mümkün cavab tədbirləri çərçivəsində hədəflərin siyahısını müəyyənləşdirib.

Siyahıya aşağıdakı obyektlər daxil edilib:

Küveytdə Şeyx Cabir əl-Əhməd əs-Sabah adına dəniz körpüsü;
Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən Kral Fəhd körpüsü;
BƏƏ-də Şeyx Zayed və Şeyx Xəlifə körpüləri;
İordaniyada Kral Hüseyn, Damiya və Abdun körpüləri.

Qeyd olunur ki, uzunluğu təxminən 1000 metr olan B1 körpüsü Tehranla Kərəc arasında nəqliyyat sıxlığını azaltmaq və ölkənin şimal vilayətlərinə çıxışı asanlaşdırmaq məqsədilə inşa edilib.

Körpünün sıradan çıxarılması regionun nəqliyyat və logistika infrastrukturuna ciddi zərbə kimi qiymətləndirilir.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti