İranın raket və dronlarının yarısı qalır - CNN
Nəşr qeyd edir ki, ABŞ kəşfiyyatının hesablamalarına hazırda əlçatmaz olan buraxılış qurğuları da daxil edilə bilər. Bunlara, məsələn, zərbələr nəticəsində torpaq altında qalan, lakin tam məhv edilməmiş sistemlər aiddir.
Mənbələrin sözlərinə görə, ölkənin ümumi pilotsuz uçuş aparatı potensialının təxminən 50 faizini təşkil edən minlərlə dron hələ də mövcuddur.
Son günlərdə toplanmış kəşfiyyat məlumatlarına əsasən, İranın sahil müdafiəsi üçün nəzərdə tutulmuş kruiz raketlərinin əksəriyyəti də salamat qalıb. CNN bildirir ki, bu raketlər İrana Hörmüz boğazı ərazisində gəmiçiliyi təhdid etmək imkanı verir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatın başlanğıcından bəri ABŞ-İsrail zərbələri nəticəsində İranın raket və pilotsuz uçuş aparatlarının buraxılış imkanlarının “əhəmiyyətli dərəcədə azaldığını” bildirmişdi.







Vaxtında, Aydın, Lazımlı!


