Tramp metal idxalına rüsumları artırıb

Tramp metal idxalına rüsumları artırıb
  03 Aprel 2026    Oxunub:2122
ABŞ Prezidenti Donald Trump polad, alüminium və mis idxalına tətbiq olunan rüsumların artırılması ilə bağlı sərəncam imzalayıb.
Bu barədə Ağ Evin saytında məlumat yayılıb.

Sənədə əsasən, yeni rüsum dərəcələri belə müəyyən edilib:

50% — tamamilə və ya qismən bu metallardan hazırlanan məhsullara;
25% — əsasən bu metallardan ibarət məhsullara;
15% — metal tutumu yüksək olan sənaye və elektrik şəbəkəsi avadanlıqlarına (2027-ci ilədək);
10% — ABŞ mənşəli xammaldan xaricdə istehsal olunan məhsullara.

Tərkibində metalın payı 15%-dən az olan məhsullar rüsumdan azaddır. Tariflər hesablanarkən məhsulun süni şəkildə azaldılmış deyil, real dəyəri əsas götürüləcək.

Xatırladaq ki, 2025-ci ilin fevralında Tramp administrasiyası Co Baydenin dövründə tətbiq edilən istisnaları ləğv edib. İyunda polad və alüminium üzrə rüsumlar 50% qaldırılıb, iyulda isə bu siyahıya mis də əlavə olunub.

Ağ Evin məlumatına görə, bu siyasət nəticəsində ABŞ polad istehsalına görə dünyada üçüncü yerə yüksəlib.

Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:



Xəbər lenti