Bizi ikinci dəfə aldada bilməzsiniz! İspaniyadan ABŞ-a sərt reaksiya

   Bizi ikinci dəfə aldada bilməzsiniz!    İspaniyadan ABŞ-a sərt reaksiya
  01 Aprel 2026    Oxunub:1862
İspaniyanın Baş naziri Pedro Sançez ABŞ prezidenti Donald Trumpın açıqlamalarına sərt reaksiya verib.
AzVision.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançez ABŞ prezidenti Donald Trampa 23 il öncə ölkəsinin İraq müharibəsinə aldadılaraq cəlb edildiyini bildirib.

" Vaxtilə ABŞ hökuməti İspaniyanı İraqa qarşı müharibəyə cəlb etdi. Səddam Hüseyn rejiminin nüvə silahına malik olduğunu iddia edir və ölkədə demokratiya qurmaq istəyirdilər. Lakin sonradan məlum oldu ki, İraqda heç bir nüvə silahı yox imiş.

Bizi ikinci dəfə aldada bilməzsiniz! "-, deyə baş nazir xəbərdarlıq edib.

Sançezin bu bəyanatı ABŞ-ın əvvəlki hərbi müdaxilələrinə tənqidi yanaşmanı əks etdirməklə yanaşı, İspaniyanın İranla müharibəyə münasibətdə ehtiyatlı mövqeyini də ortaya qoyur.

M. Həsənli
AzVision.az




Teqlər:



Xəbər lenti