Tramp: "İran danışıqları pozarsa, bütün enerji obyektləri məhv ediləcək"
Onun sözlərinə görə, söhbət elektrik stansiyaları, neft yataqları və Xark adası da daxil olmaqla strateji obyektlərdən gedir.
Tramp qeyd edib ki, Vaşinqton İranla hərbi əməliyyatların dayandırılması istiqamətində “ciddi danışıqlar” aparır və müəyyən irəliləyişlər əldə olunub.
ABŞ lideri əlavə edib ki, razılaşma qısa müddətdə əldə edilməzsə və Hörmüz boğazı normal fəaliyyətə qaytarılmazsa, ABŞ daha sərt addımlar ata bilər.
Onun sözlərinə görə, hazırda hədəfə alınmayan obyektlər danışıqların nəticəsindən asılı olaraq gələcəkdə vurula bilər.
M.Həsənli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


