Türkiyə İranda müharibəyə qoşulmayacaq
Rəsmi məlumatda qeyd edilir ki, Türkiyə müharibənin tərəfdarı deyil.
"Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə rəsmi Ankara hücumların dərhal dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və bölgədə sülhün bərpası üçün intensiv diplomatik səylər göstərir. Türkiyənin bu konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu cür əsassız paylaşımlar psixoloji müharibənin bir hissəsi kimi dəyərləndirilir və Türkiyənin beynəlxalq imicinə, həmçinin krizis dövründəki vasitəçilik roluna xələl gətirmək məqsədi daşıyır", - məlumatda bildirilib.
DMM vətəndaşları yalan məlumatlara inanmamağa və yalnız rəsmi açıqlamaları əsas götürməyə çağırıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


