Ermənistan-İran strateji tərəfdaşlığı baş tutmadı
“Hazırda bu məsələ müzakirə olunmur. Səfər planlaşdırılmışdı və sənədin müzakirəsi də həmin çərçivədə nəzərdə tutulurdu. Lakin indiki mərhələdə bunun reallaşması mümkün görünmür”, – deyə o qeyd edib.
Xatırladaq ki, fevral ayında, hərbi əməliyyatlar başlamazdan əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirgolami tərəflərin strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalamağı planlaşdırdıqlarını bildirmişdi. Onun sözlərinə görə, sənədin 2026-cı ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı imzalanması gözlənilirdi.
M. Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


