Dost ölkəyə Hörmüzdən keçməyə icazə verildi

Dost ölkəyə Hörmüzdən keçməyə icazə verildi
  29 Mart 2026    Oxunub:2094
İran Hörmüz boğazından Pakistan bayrağı altında üzən 20 gəminin keçməsinə icazə verib.
Bu barədə Pakistan xarici işlər naziri İshaq Dar "X" sosial şəbəkəsində yazıb.

"Gözəl bir xəbəri sizinlə bölüşməkdən məmnunam: İran hökuməti daha 20 Pakistan bayrağı altında üzən gəminin Hörmüz boğazından keçməsinə icazə verməyə razılıq verib. Boğazdan hər gün iki gəmi keçəcək", - deyə o bildirib.

O əlavə edib ki, bu, sülhün xəbərçisidir və regionda sabitliyə töhfə verəcək. "Bu müsbət bəyanat sülhə doğru atılmış mühüm bir addımı göstərir və bu istiqamətdə birgə səylərimizi gücləndirəcək", - deyə o qeyd edib.


Teqlər:



Xəbər lenti