SEPAH universitetləri vuracaq

SEPAH universitetləri vuracaq
  29 Mart 2026    Oxunub:2042
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) universitetləri hədəf elan edib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İsfahandakı universitetə hücumdan sonra Yaxın Şərqdəki İsrail və ABŞ universitetləri legitim hədəfdir. Bu barədə Press TV məlumat yayıb.

Qeyd olunur ki, SEPAH ABŞ-dən İran universitetlərinə hücumları pisləməyi tələb edib.

"İsrail və ABŞ yenidən İranın ali təhsil müəssisələrinə zərbələr endirərək Tehrandakı Elm və Texnologiya Universitetini bombalayıblar. Əgər ABŞ administrasiyası iki universitet istisna olmaqla, regiondakı universitetlərinə hücum edilməsini istəmirsə, onun nümayəndələri 30 mart Tehran vaxtı ilə saat 12:00-a qədər İran universitetlərinə edilən hücumları pisləməlidirlər", - deyə bildirilib.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti