Fariz İsmayılzadə: Azərbaycan ailə modeli xarici qonaqlar üçün maraqlıdır
O bildirib ki, Azərbaycanın ailə modeli beynəlxalq müstəvidə, xüsusilə xarici mütəxəssislər tərəfindən yüksək maraqla qarşılanır: “Bizim institutda xarici ölkələrdən olan qonaqlarla mütəmadi görüşlər keçirilir. Bu görüşlər zamanı biz Azərbaycanın ailə modelini onlara təqdim edirik. Xarici qonaqlar qlobal təsirlərə rəğmən ailə institutunun ölkəmizdə necə bu qədər möhkəm qaldığını öyrənməkdə çox maraqlıdırlar”.
F.İsmayılzadə vurğulayıb ki, tələbələrin bu cür görüşlərdə aktiv iştirakı Azərbaycan gəncliyinin ailəyə baxışını dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “Gənclərimiz öz fikirlərini xarici mütəxəssislərlə bölüşürlər. Bu, həm də ölkəmizin beynəlxalq müstəvidə təbliği və tanıdılması baxımından çox önəmli platformadır”.
S.Həsənova
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


