Məktəbə hücumala əlaqədar 83 nəfər saxlanılıb, 940 hesab bloklanıb
Qurumun açıqlamasında qeyd olunur ki, kibercinayətlərlə mübarizə bölmələri internet məkanında aktivliyi nəzarətə götürərək ictimai asayişi poza biləcək məzmunları yaymağa çalışan şəxsləri müəyyən edib.
Eyni zamanda, əməliyyatın rəqəmsal istiqaməti çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, həmçinin oxşar fəaliyyət göstərən 93 “Telegram” qrupu bağlanıb.
Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə mümkün təxribatların qarşısının alınması məqsədilə monitorinqlərin 24 saat davam etdirildiyini vurğulayıb.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


