Makron Trampın "arvad" zarafatına sərt reaksiya verib

Makron Trampın "arvad" zarafatına sərt reaksiya verib
  02 Aprel 2026    Oxunub:2278
Fransa Prezidenti Emmanuel Macron ABŞ lideri Donald Trumpın onun ünvanına xanımı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Makron Trampın Fransa prezidentinin guya həyat yoldaşı tərəfindən vurulan zərbədən sonra hələ də özünə gəlmədiyi ilə bağlı iddiasını “qeyri-etik və yersiz” adlandırıb.

Bu açıqlama dövlət başçısının Seula rəsmi səfəri çərçivəsində jurnalistlərə müsahibəsi zamanı səsləndirilib.

Bundan əvvəl Tramp xalqa müraciəti zamanı zarafatla Makronun həyat yoldaşının “ona çox sərt davrandığını və vurduğu zərbədən çənəsinin hələ də düzəlmədiyini” deyib.

Qeyd edək ki, bu ilin yanvarında Makron çıxışlardan birində sağ gözündə iltihabla görünüb və buna görə qara eynəkdən istifadə edib. Daha əvvəl isə, 2025-ci ilin yazında Vyetnama səfər zamanı Brijit Makronun həyat yoldaşına sillə vurduğu görüntülər mediada yayılmışdı.



Röya Əlieva
AzVision.az



Teqlər:



Xəbər lenti