Zelenski: Rusiya İrana kəşfiyyat materialları ötütür
Prezident qeyd edib ki, martın 28-də ona Rusiya peyklərinin İranın maraqları üçün Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini izləməsi barədə məlumat daxil olub.
O bildirib ki, martın 24-də ABŞ-Böyük Britaniyanın Hind okeanındakı Çaqos adalarında yerləşən Dieqo-Qarsiya bazası, Küveyt Beynəlxalq Hava Limanı və “Böyük Burqan” neft yatağı müşahidə olunub. Martın 25-də Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazası, martın 26-da isə Şayba neft-qaz yatağı (Səudiyyə Ərəbistanı), İncirlik aviabazası (Türkiyə) və “Əl-Udeyd” aviabazası (Qətər) peykdən çəkilib. Zelenski vurğulayıb ki, siyahıda Ukraynaya aid obyektlər yoxdur.
Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını da tənqid edib:
“Rusiya hər gün gəlir əldə edir və eyni zamanda ABŞ, Yaxın Şərq və Böyük Britaniya bazalarına mümkün hücumlarla bağlı məlumatlar ötürür. Belə olan halda sanksiyaları necə yumşaltmaq olar?”
M. Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


