“Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşib

   “Qarabağ” – “Çelsi” oyununun hakimləri müəyyənləşib
  30 Oktyabr 2025    Oxunub:1351
UEFA Gənclər Liqasının əsas mərhələsində Bakıda "Qarabağ"la İngiltərənin "Çelsi" komandası arasında keçiriləcək IV tur oyununun hakimləri açıqlanıb.
Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını azərbaycanlı ədalət təmsilçisi Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti