Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək
Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Maraqlı proqramı olan mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq. Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.
Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.
Mədəniyyət Günləri çərçivəsində 15 oktyabr tarixində Gəncə Dövlət Filarmoniyasında Türkmənistan Mədəniyyəti Günlərinin bağlanış mərasimində mədəniyyət-incəsənət ustalarının konserti baş tutacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


