Hərbiçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb.
Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb.
Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar.
Faktla bağlı araşdırma aparılır. (apa)