Ermənistandakı seçkinin nəticəsi bütün bölgəyə təsir edəcək │ Şərh

   Ermənistandakı seçkinin nəticəsi bütün bölgəyə təsir edəcək    │ Şərh
  04 İyun 2026    Oxunub:261
Ermənistandakı seçkilərin nəticələri ölkənin xarici siyasətində və qonşuları ilə münasibətlərində də hiss olunacaq. Nikol Paşinyanın yenilənmiş mandatı Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində irəliləyişi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və regional nəqliyyat marşrutlarının canlanmasını sürətləndirə bilər.
York Universitetində Avrasiya geosiyasəti üzrə doktorantura təhsili alan Burak Çalışkanın fikrincə, bu baxımdan, Qars-Gümrü dəmir yolu xəttinin bərpası və Əlican-Marqara sərhəd-keçid məntəqəsinin açılması ikitərəfli ticarəti artıracaq, həmçinin Türkiyəni Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə birləşdirən logistika marşrutlarını gücləndirəcək.

"Anadolu" agentliyinə açıqlamasında politoloq qeyd deyib ki, normallaşma təkcə Ankara ilə Yerevan arasında diplomatik əlaqələrin inkişaf etdirilməsi demək deyil. Prosesin strateji çəkisi Orta Dəhlizin gələcəyi, qlobal enerji marşrutları və bölgədəki yeni güc balansları ilə əlaqəsindədir. Azərbaycanı Ermənistanın Sünik bölgəsi vasitəsilə Naxçıvana və daha sonra Türkiyəyə bağlaması nəzərdə tutulan Zəngəzur dəhlizi də bu müzakirənin mərkəzindədir. Bu layihənin reallaşması Cənubi Qafqazın regional ticarət və enerji axınlarının Avropa bazarlarına çatmasını təmin etməkdə strateji əhəmiyyətini artıracaq.

B.Çalışkan vurğulayıb ki, bunun əksinə, Paşinyanın parlamentdə hakimiyyətini itirməsi və ya normallaşmaya tərəddüd edən aktorların təsirinin artması bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. Belə bir ssenari son illərdə əldə edilən diplomatik nailiyyətlərin azalmasına və regionu yenidən struktur qeyri-müəyyənliyinə gətirib çıxaracaq. Ankara və Bakı ilə birbaşa əlaqələrin zəifləməsi regional nəqliyyat və enerji layihələri ilə bağlı planlara da mənfi təsir göstərəcək. Buna görə də, 7 iyun seçkiləri təkcə Ermənistanın daxili siyasi balansını deyil, həm də Cənubi Qafqazda sülhün, əlaqənin və geosiyasi güc balanslarının formalaşacağı konkret parametrləri müəyyən edən mühüm bir dönüş nöqtəsi olacaq.


Teqlər: Ermənistan  



Xəbər lenti