Azad edilmiş ərazilərdə ikitərəfli sayğaclar tətbiq olunur
E.Hüseynov bildirib ki, yaşayış məntəqələrində günəş panellərinin quraşdırılması, alternativ enerji mənbələrinin tətbiqi və "off-grid" küçə işıqlandırma sistemlərindən istifadə genişləndirilir: "Layihələrin ekoloji tarazlığa riayət olunmaqla yanaşı, insanların büdcəsinə müsbət təsir etməsi bizim üçün ən vacib faktorlardan biridir.
Bu baxımdan biz yaşayış binalarının üzərində günəş panellərinin quraşdırılmasını təmin edirik və ikitərəfli sayğaclardan istifadə edirik. Yeri gəlmişkən deyim ki, Azərbaycanda ilk dəfə ikitərəfli sayğaclar məhz işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur".
Teqlər: Böyük-Qayıdış







Vaxtında, Aydın, Lazımlı!


