Rusiya iqtisadi böhrana doğru gedir – ISW

   Rusiya iqtisadi böhrana doğru gedir –    ISW
  16 May 2026    Oxunub:2366
Kreml Rusiya iqtisadiyyatının real problemlərini saxta statistika və hərbi təbliğat ilə ört-basdır etməyə çalışır. Müharibələrin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, hökumətin müsbət göstəricilərdən danışmasına baxmayaraq, Ukrayna ilə davam edən müharibənin nəticəsində Rusiya iqtisadiyyatı getdikcə daha çox böhrana qərq olur.
4 ay ərzində Rusiya büdcəsinin kəsiri 78,4 milyard dollara çatıb. Bu, planlaşdırılan illik kəsirdən 150% artıqdır. Əsas vəsait müharibəyə və ölkədə sosial sabitliyi qorumağa sərf olunur. Eyni zamanda ölkədə vergilər artırılır, daha çox borc alınır və biznesə təzyiq gücləndirilir. “Forbes”in məlumatına görə, 2026-cı ilin birinci rübündə Rusiyada 209.000 kiçik və orta müəssisə bağlanıb.

ISW vurğulayır ki, ölkədə işsizliyin aşağı olması rifahın yox, səfərbərliyin nəticəsidir. İnsanların hərbi sənayeyə kütləvi axını işçi qüvvəsinin çatışmazlığını yaranıb.

Hərbçilərə yüksək ödənişlər inflyasiyanı körükləyir, iqtisadiyyatlı daha çox müharibədən asılı vəziyyətə salır.

ISW həmçinin xəbərdarlıq edir ki, Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi Kremlin raket istehsalını sürətlə artırmasına və Ukrayna şəhərlərinə daha çox zərbələr endirməsinə səbəb ola bilər. Hazırda Rusiya raketləri istehsal olunan kimi istifadə edilir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Rusiya   Müharibə  



Xəbər lenti