Bakıda Beynəlxalq Animasiya Festivalı başlayır
Tədbirlər bununla bitmir. “ANİMAFİLM” Festivalında qonaqlara “ANİMAFİLM School: Stop-motion” ustad dərsi, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, “ANİMAFİLM” jurnalı, “OSCAR” və “BAFTA” mükafatlarına layiq görülmüş animasiya filmləri təqdim olunacaq.
Festivalın tam proqramı ilə www.animafilm.az saytında tanış ola bilərsiniz.
Qeyd edək ki, bu il festivalın coğrafiyası daha da genişlənib. Dünyanın 60-dan çox ölkəsindən festivalda iştirak üçün 437 animasiya filmi göndərilib. Rəsmi müsabiqə proqramına 20 müxtəlif ölkəni təmsil edən ümumilikdə 31 film daxil edilib. Seçilmiş filmlər həm vizual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.
Festival Azərbaycan Animasiya Assosiasiyasının və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə reallaşacaq.







Vaxtında, Aydın, Lazımlı!


