Sənədli filmimiz ABŞ-da xüsusi mükafata layiq görülüb
Ekran əsərinin dünya premyerası daha əvvəl Çexiyada keçirilən nüfuzlu Jihlava Beynəlxalq Sənədli Film Festivalı (Jihlava IDFF) çərçivəsində baş tutmuşdu.
Rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfov olan film “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal edilib. Filmin post-prodakşn mərhələsi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə həyata keçirilib.
“Yaddaş sarayları” rejissorun ilk xatirəsinin izinə düşməsi haqqındadır. Uşaqlığının izlərini axtararaq doğulub böyüdüyü şəhərin küçələrini gəzən rejissor, bir yaşında olarkən vəfat etmiş atası və nənəsi ilə bağlı xatırladığı hadisənin həqiqətən baş verib-vermədiyini sorğulamağa başlayır.
“Yaddaş sarayları”nın əvvəlcə “Jihlava” kimi nüfuzlu festivalda premyera etməsi, ardınca isə SEEfest-də xüsusi mükafata layiq görülməsi Azərbaycan sənədli kinosunun beynəlxalq arenadakı uğurlarının nümunəsidir.







Vaxtında, Aydın, Lazımlı!


