Elektromobil satışının enerjisi azalır
Ən böyük bazar olan Çində 1,32 milyon elektromobil satılıb ki, bu, bir il əvvəlkindən 20 faiz azdır. ABŞ-də azalmanın həcmi daha böyük - 23 faizə yaxındır. Bu ölkədə 233 min elektromobil satılıb.
Dünyanın digər yerlərində artım bu azalmanı kompensasiya edə bilməyib. Hərçənd, Avropada - daha dəqiq desək, Aİ, Böyük Britaniya, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə satışlar 26 faiz artaraq 724 min elektromobilə çatıb. Bu artım Almaniya, Fransa və digər ölkələrdə güclü satışların təsiri altında baş verib.
Mütləq rəqəmlərin azalmasına baxmayaraq, elektrik avtomobilləri dünya miqyasında əhəmiyyətini artırmağa davam edib. Bunun əsas səbəbi qazıntı yanacağı qiymətlərinin bahalaşmasıdır. Elektrik avtomobillərinin bazar payı birinci rübdə əvvəlkindən daha yüksək olan 16 faiz təşkil edib.
Teqlər: Elektromobil







Vaxtında, Aydın, Lazımlı!


