"Məqsəd daha çox subyektə qrant verməkdir" - Rəşad Əzizov
Baş direktor qeyd edib ki, məqsədlərdən biri gələcəkdə bu sahədə fəaliyyət göstərən fərdlərə və kommersiya şirkətlərinə müvafiq qrantların təqdim olunması üçün əsasın yaradılmasıdır. “Mədəni və yaradıcı sənaye sahəsində qrantların verilməsi ilə bağlı qaydaların qəbulu Nazirlər Kabinetinə, icrası isə Mədəniyyət Nazirliyinə həvalə edilir. Eyni zamanda, bu sahədə investisiya layihələri üzrə səlahiyyətlər artıq Mədəniyyət Nazirliyinin əsasnaməsində əksini tapıb.
Mədəni və yaradıcı sənaye hazırda ölkədə ən dinamik inkişaf edən sahələrdən biridir. Dövlət bu sahədə tənzimləmə funksiyasını artırmaqla kiçik və orta sahibkarlığı təşviq edir, eyni zamanda, daxildə formalaşan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirir. Nəticədə ixraca fokuslanan yeni layihələr həyata keçirilir. Bu sahədə insan kapitalının artırılması böyük əhəmiyyət daşıyır. Bu məqsədlə müvafiq bacarıqların inkişafına yönəldilmiş layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyi tərəfindən bu məqsədlə xüsusi təqaüd proqramları təsis olunub və hər il göstəricilər artmaqdadır. Strategiyanın icrası çərçivəsində Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradılıb. Bu mərkəzin daxilində yeni startaplar qurulub, onların bir qismi KOBİA-nın şəhadətnaməsini alıb. Bundan başqa, müxtəlif yaradıcı təlimlər təşkil olunub, onları başa vuran 700-dən çox şəxs müvafiq bacarıqların artırılması ilə bağlı sertifikatlaşdırılıb”.







Vaxtında, Aydın, Lazımlı!


