Azərbaycanda ÜDM nə qədər artacaq?
Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə görə, ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3, faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcminin azalacağı gözlənilir. 2029-2030-cu illərdə neft və əmtəəlik qaz hasilatı üzrə artımın müşahidə olunması ilə neft-qaz sektorunda artım proqnozlaşdırılıb.
Teqlər: Proqnoz İqtisadiyyat







Vaxtında, Aydın, Lazımlı!


