Türkiyədə kinoya 245 milyon ayrıldı
Layihəyə əsasən, ayrılan vəsaitin 12 milyon 590 min lirəsi 30 sənədli film istehsalına, 232 milyon 500 min lirəsi isə tammetrajlı bədii filmlərin hazırlanmasına xərclənəcək.
Kino sektoruna verilən dəstəklər davam etdiriləcək. Belə ki, sentyabr ayında qısa və animasiya filmlərinin istehsalı, ssenari yazımı və layihə inkişafı, oktyabr ayında isə tammetrajlı film, post-prodakşn və ortaq istehsal layihələrinə veriləcək dəstəklər qiymətləndiriləcək.
Aprel ayında Türkiyədə sektor üzrə ümumilikdə 215 layihəyə 302 milyon lirə vəsait ayrılıb ki, bu məbləğ ötən ilin ümumi dəstək dəyərinə bərabərdir.







Vaxtında, Aydın, Lazımlı!


