Azərbaycanda ən çox vergi ödəyən özəl şirkət açıqlandı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, şirkət 2025-ci ildə dövlət büdcəsinə 697 milyon manat vergi ödəyib.
Qeyd edək ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə fəaliyyət göstərən “Tabaterra” MMC 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal edir. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. Şirkətin məhsulları Birləşmiş Ərəb Əmirliklərinə, Belçikaya, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir.
Teqlər: İqtisasdiyyat Vergi Biznes







Vaxtında, Aydın, Lazımlı!


