Avropa da Süni İntellekt yarışına qoşulur

Avropa da Süni İntellekt yarışına qoşulur
  07 Aprel 2026    Oxunub:2035
Avropa İttifaqı süni intellekt (AI) sahəsində irimiqyaslı “giqafabrikalar” layihəsinə yanaşmasını yenidən nəzərdən keçirir. “Euractiv” yazır ki, bu təşəbbüs Avropanın texnoloji rəqabət qabiliyyətini artırmaq məqsədi daşısa da, onun iqtisadi və praktiki əsaslandırılması üzərində əlavə işləmələr aparılır.
Nəşrin yazdığına görə, AI giqafabrikaları həm yeni nəsil AI modellərinin hazırlanması, həm də genişmiqyaslı tətbiqlərin təmin edilməsi üçün nəzərdə tutulub. Böyük hesablama gücünə malik olacaq bu obyektlər Avropanın ABŞ və Çinlə rəqabətdə mövqeyini gücləndirməyə yönəlib.

Giqafabrikalar AI-nın texnoloji suverenliyini artırmaq və innovasiya ekosistemini gücləndirmək üçün əsas alətlərdən biri kimi qiymətləndirilir. Yeni yanaşma daha balanslı modelin formalaşdırılmasına yönəlib. Bu model çərçivəsində həm dövlət, həm də özəl sektorun rolu dəqiqləşdirilir, investisiya mexanizmləri isə daha çevik hala gətirilir.

Avropa İttifaqı giqafabrikalar təşəbbüsünü daha real və effektiv etmək üçün strategiyanı yenidən tənzimləyir. Bu isə Avropanın qlobal AI yarışında mövqelərini möhkəmləndirmək niyyətinin davam etdiyini göstərir.


Teqlər: AI  



Xəbər lenti