Fotoşəkillərdə Ayın və Yerin gəmidən görüntüləri əks olunub. NASA bildirir ki, Ay ətrafında dövrə vurmaq üçün hazırlıqlar davam edir.
“Hazır olun, biz Aya doğru hərəkət edirik. ‘Artemida-2’ missiyasının astronavtları yolun yarısını qət ediblər. Onlar Ayın əks tərəfində uçuş zamanı çəkəcəkləri şəkilləri alimlərlə və sizinlə paylaşacaqlar. Artıq Ay ətrafından uçuş üçün hazırlıqlar gedir” ,- deyə NASA-nın açıqlamasında qeyd olunur.
Kosmik gəmi 12 aprel tarixində Yerə qayıdacaq. “Artemida-2” missiyası 1972-ci ildən sonra Yer orbitindən kənara çıxan ilk pilotlu kosmik ekspedisiyadır.


Məhəmmədəli Həsənli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


