Yağışa görə 4 milyon manatdan çox ziyan dəyib
Daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb.
Məlumatlara görə, qiymətləndirilmiş 1421 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 2 milyon 472 min 480 manat həcmində müəyyənləşdirilib. Qalan 228 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Bundan əlavə, 15 zərərçəkənin sığortası olmadığı üçün onların müraciətləri təmin olunmayıb.
Qeyd edilib ki, hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur: "Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 4 milyon manata yaxın olacağı ehtimal edilir".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


