Gürcüstan Rusiya neftindən imtina etdi

Gürcüstan Rusiya neftindən imtina etdi
  31 Mart 2026    Oxunub:2544
Gürcüstanda yeganə neft emalı zavodu (Kulevi Oil Refinery) Rusiyadan neft qəbul etməyəcək. Bu barədə zavodun aid olduğu Black Sea Petroleum şirkətinin baş direktoru David Potsxveria məlumat verib.
Onun sözlərinə görə, şirkət Rusiya neftini Türkmənistan və Qazaxıstandan xam malla, eləcə də digər alternativ mənbələrlə əvəz etməyi planlaşdırır. “Məqsədimiz Rusiya neftindən asılılıqdan tam azad olmaqdır ”, – deyə o qeyd edib.

Qərar, Kulevi neft terminalının Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsi ehtimalından sonra verilib.

Şirkət rəhbəri vurğulayıb ki, Rusiya mənşəli xammaldan istehsal olunan neft məhsullarının Avropa İttifaqına idxalı qadağandır. Bu baxımdan, xammal mənbələrinin əvəzlənməsi şirkətə məhsullarını Avropa bazarına və digər yeni istiqamətlərə ixrac etməyə imkan verəcək.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti