Sorry, “Sora” bağlanır - OpenAI üzrxahlıq etdi

 Sorry,   “Sora” bağlanır - OpenAI üzrxahlıq etdi
  25 Mart 2026    Oxunub:2358
ABŞ-ın OpenAI şirkəti realistik video yaradan “Sora” neyron şəbəkəsinin fəaliyyətinə son qoymağa qərar verib
AzVision.az bu barədə “Sora”nın X platformasında yaydığı açıqlamaya istinadən məlumat verir. Açıqlamada layihə ilə vidalaşıldığı bildirilib.

"Platforma ətrafında formalaşan icmaya təşəkkür edirik. Sora vasitəsilə yaradılan işlər önəmli idi və bu qərarın məyusluq doğuracağını anlayırıq”, – deyə qeyd olunub.

Qərarın səbəbləri rəsmi şəkildə açıqlanmayıb. Bununla belə, texnologiya müşahidəçiləri bir neçə mümkün amili önə çəkirlər. Ekspertlər hesab edirlər ki, yüksək hesablama resursları tələbi, təhlükəsizlik və kontent nəzarəti ilə bağlı risklər, eləcə də hüquqi və etik məsələlər belə qərara təsir etmiş ola bilər.

“Sora”nın ayrıca məhsul kimi deyil, gələcəkdə daha geniş süni intellekt platformalarına inteqrasiya edilə biləcəyi istisna edilmir. Şirkətin prioritetlərini yenidən müəyyənləşdirməsi də ehtimal olunan səbəblər sırasındadır.

M. Həsənli




Teqlər:



Xəbər lenti