Tramp ərəb ölkələri üçün vaxt udub – Ekspert
- Trampın müharibəyə beş günlük ara verməsi İranla danışıqlar məsələsi deyil. Bu, ərəb ölkələrinə verilən vaxtdır. Ərəblər yaxşı bilirlər ki, İran rejimi ayaqda qalsa heç nə əvvəlki kimi olmayacaq. ABŞ-a da, onun müdafiəsinə də inam olmayacaq. Onlar İranla baş-başa qalacaqlar gələcəkdə. Ya əksəriyyətinin qəbul etmədiyi Türkiyənin ümidinə qalacaqlar, ya da Çinin. Ona görə də İran məsələsini indi həll etmək onlar üçün ən məqbuludur. Trampın da müharibənin davam etməsi üçün şərtləri bəllidir. İndi ərəblər bu şərtlər barəsində müzakirə etməlidirlər ki, kim nə qədər pul verəcək,- şərhçi bildirib.
O düşünür ki, İsrail planlarının həyata keçirilməsi üçün axıra kimi gedəcək: “İranın atdığı raketlərin zərəri İsrailin vurduğu zərbələrdən qat-qat zəifdir. Əgər atılan iyirmi raketdən ikisi İsrail ərazisinə düşürsə, bunun da ən azı birinin İsrailin özünün imkan yaratdığını hesab edirəm, onda məsələ aydın olur. İranın isə bir neçə günə məğlub olmasını gözləmək də sadəlövhlük olardı. İranı əsas müharibədən sonra çətin günlər gözləyəcək”.







Vaxtında, Aydın, Lazımlı!


