Milyardlar belə qazanılır
Trampın həmin postu paylaşmasına 15 dəqiqə qalmış kimlərsə 580 milyon dollar dəyərində neft fyüçerslərini satışa çıxarıb. Bu hadisə martın 23-də, Nyu-York vaxtı ilə saat 06:49-06:50 arasında baş verib. 1 dəqiqə ərzində Brent və WTI markaları üzrə 6200 satış əməliyyatı həyata keçirilib.
Bu əməliyyatların arxasında bir, yoxsa bir neçə qurumun dayandığı aydın deyil. Halbuki, h əmin vaxt bazar neftin bahalaşacağını gözləyir, treyderlər fəal şəkildə neft fyüçerslərini alırdılar. Bütün proqnozlar neftin bahalaşmaqda davam edəcəyi istiqamətində idi.
Trampın “Truth Social” şəbəkəsində paylaşacağı post haqqında kimlərsə əvvəlcədən məlumatlı olub və bu insayder informasiyasının sayəsində bir neçə saat ərzində milyardlarla dollar qazanıblar. Həmin “kimlərinsə” çevrəsinin o qədər də geniş olmadığını başa düşmək çətin deyil. Halbuki, ABŞ qanunvericiliyinə görə, insayder informasiyasından bazarda əməliyyat açmaq məqsədilə istifadə etmək qadağandır.
“FT” yazır ki, son vaxtlar ABŞ rəsmilərinin açıqlamalarından bir qədər əvvəl birjada əməliyyatın açılması halları tez-tez baş verir və “Kimsə çox böyük pullar qazanır”.
Vüsal Məmmədov
AzVision.az
Teqlər: Böyük-pullar Birja Neft Tramp







Vaxtında, Aydın, Lazımlı!


