Vergi Xidməti: Martın 31-i son gündür

Vergi Xidməti: Martın 31-i    son gündür
  18 Mart 2026    Oxunub:2126
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergiödəyicilərinə müraciət edib. DVX xatırladıb ki, 31 mart 2026-cı il tarixi fevral ayı üzrə aşağıda sadalanan bəyannamələrin təqdim edilməsinin son günüdür:
• Uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi,
• Əlavə dəyər vergisi
• Aksizlər
• Yyol vergisi
• Mədən vergisi
• Daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi
• Pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi.

Eyni zamanda 2025-ci il üzrə gəlir, mənfəət və əmlak vergiləri üzrə bəyannamələr 31 mart 2026-cı il tarixindən gec olmayaraq vergi orqanına təqdim olunmalıdır.

Xatırladırıq ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan vergitutma obyekti olan ödəyicilər tərəfindən hesabatın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Teqlər: Vergi  



Xəbər lenti