- Əslində problem sualın çətin və ya asan olması deyil. Problem imtahanların mahiyyətindədir,- ekspert vurğulayıb - Bugünkü qəbul sistemi böyük ölçüdə yaddaş və əzbər üzərində qurulub. Nəticədə ən yaxşı ixtisaslara ən yaxşı əzbərləyənlər daxil olur. Kim daha çox məlumatı yadda saxlayırsa, o daha yüksək bal toplayır. Kim daha güclü əzbərçidirsə, o da ən prestijli ixtisaslara və hətta prezident təqaüdünə qədər yüksələ bilir. Əlqərəz, indiki model bir qədər “bilik yarışı”ndan çox “yaddaş müsabiqəsi”ni xatırladır. Halbuki ali təhsil sistemi yaddaşın deyil, düşüncənin, analizin, yaradıcılığın və problemləri həll etmə bacarığının ölçülməsinə əsaslanmalıdır. Bu səbəbdən əsas müzakirə sualların çətinliyi yox, imtahan sisteminin yanaşması olmalıdır.







Vaxtında, Aydın, Lazımlı!


