Kredit fırıldaqçılarına zərbə

// Azərbaycanda könüllü kredit qadağası mexanizmi hazırlanır

   Kredit fırıldaqçılarına zərbə
  12 Mart 2026    Oxunub:3564
Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə edəcəklər. Bu isə öz növbəsində fırıldaqçılığın azalmasına xidmət edəcək.
Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır. Bu sistem banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq.



Teqlər: Kredit   Maliyyə  



Xəbər lenti