“Biz həmçinin neftlə bağlı bəzi sanksiyaları ləğv edirik ki, qiymətlər aşağı düşsün. Müəyyən ölkələrə qarşı sanksiyalarımız var, lakin vəziyyət normallaşana qədər onların bir hissəsini dayandırırıq”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, gələcəkdə bu məhdudiyyətlərin yenidən tətbiq olunub-olunmayacağı situasiyanın inkişafından asılı olacaq.
Tramp əlavə edib ki, zərurət yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələri və müttəfiqləri tankerlərin təhlükəsiz hərəkətini təmin etmək üçün onları Hörmüz boğazında müşayiət edə bilər.
“Ümid edirəm ki, buna ehtiyac olmayacaq. Amma lazım gələrsə, biz tankerləri birbaşa boğazdan keçirəcəyik”, – deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, müvəqqəti tədbir, xüsusilə də Rusiyanın Hindistana neft satışları ilə bağlı məsələdə, beynəlxalq bazarda təzyiqi azaltmağı hədəfləyir.

Məhəmmədəli Həsənli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


