Fırıldaqçılar bayram günlərində necə aldadırlar
2025-ci ildə saxta aqreqator saytların və məşhur şirkətlərin saxta səhifələrinin sayı artıb. Bu saytlarda tez-tez otellərin real fotoları və rəyləri yerləşdirilir, lakin keçidlər saxta ödəniş formasına aparır.
Bundan əlavə, məşhur brendlərin loqotipləri ilə göndərilən fişinq məktubları da geniş yayılıb. Bu mesajlarda “ günün sonunadək bronu təsdiqləyin” kimi bildirişlər olur. Fırıldaqçılar həmçinin turizm kanallarında və çatlarında reklam yerləşdirə və ya müxtəlif uduşlar haqqında mesajlar göndərə bilərlər.
Telegram-da istifadəçilər “sərfəli tur seçimi” vəd edən botlarla da qarşılaşa bilərlər ki, onlar əslində şəxsi məlumatları toplamaq məqsədi güdürlər. Bundan başqa, dəmir yolu biletlərinin satışı platformalarını təqlid edən saxta saytların sayı da artıb.
Fırıldaqçıların qurbanına çevrilməmək üçün həddindən artıq sərfəli təkliflərə şübhə ilə yanaşmaq, saytın ünvanını diqqətlə yoxlamaq və biletləri, otel bronlarını yalnız rəsmi platformalar vasitəsilə ödəmək tövsiyə olunur.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


