Qeyri-neft-qaz sənayesinə investisiyalar artıb

Qeyri-neft-qaz sənayesinə investisiyalar artıb
  05 Mart 2026    Oxunub:2039
Ötən il qeyri-neft-qaz özəl bölmədən daxilolmalar bu sektor üzrə daxilolmaların 76 faizinə çatıb. 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1 faiz artıb, xarici mənbələrdən əsas kapitala investisiyalarda 24 faiz artım qeydə alınıb.
AzVision.az xəbər verir ki, “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov belə deyib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sənayesində investisiyalarda 26 faizədək artım olub.

“2021-2025-ci illərdə bu sahədə əlavə dəyər orta illik hesabla 8 faiz artıb. Qeyd olunan amillərin təsiri nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3 faizdən 2025-ci ildə 71,5 faizə çatıb. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib”, - Mikayıl Cabbarov vurğulayıb.

Naizr bildirib ki, 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbəyi olub. İqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsini vergi və gömrük güzəştləri təşkil edib. Bu strateji yanaşma öz müsbət nəticələrini ölkə iqtisadiyyatında çox mühüm keyfiyyət və struktur dəyişikliklərində, özəl sektorun vergi daxilolmalarında payının artmasında göstərir.


Teqlər: Azərbaycan   iqtisadiyyat   investisiyalar  



Xəbər lenti