Şahdağda Avropa çempionatı başlayır

Şahdağda Avropa çempionatı başlayır
  04 Mart 2026    Oxunub:2991
Bu gün Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatına start veriləcək.
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək yarışda Azərbaycanı 5 idmançı təmsil edir.

Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.

Martın 8-dək davam edəcək qitə birinciliyinin açılış mərasimi saat 09:00-da başlayıb.

Avropa çempionatında Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 idmançı çıxış edəcək.


Teqlər: İdman  



Xəbər lenti