Süveyş kanalı "boşalıb"
“Bloomberg” yazır ki, bu addımlar qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan və Misir iqtisadiyyatının əsas dayaqlarından biri hesab edilən mühüm su yolunun tezliklə bərpasına olan ümidləri puça çıxarıb.
Ötən ilin sonlarında Maersk və digər gəmiçilik şirkətləri Süveyş kanalından istifadəni bərpa edəcəklərini bildirmişdilər.
Rəsmi Qahirənin hesablamalarına görə, husilərin Qəzzadakı müharibə ilə əlaqədar İsrailə təzyiq göstərmək məqsədilə beynəlxalq gəmiləri hədəfə alması nəticəsində Misir potensial keçid rüsumlarından təxminən 9 milyard dollar itirib.
Teqlər: Logistika







Vaxtında, Aydın, Lazımlı!


