Azərbaycanın qazancı: Bir ildə 24 milyard avro
O bildirib ki, 2020-ci ilin sonundan Xəzərdə hasil edilən qazın 50 milyard kubmetrdən çox həcmi Trans-Adriatik boru kəməri ilə Avropaya çatdırılıb. Xəzər qazının köməyi ilə Avropa İttifaqının Rusiya qazından asılılığı 2022-ci ildəki ümumi idxalda 45 faizdən 2025-ci ildə 12 faizə düşüb. Həmin rəqəmlər azalmaqda davam edir. “İki ildən az müddətdə hər il hələ də idxal etdiyimiz rus qazının qalan 35 milyard kubmetri bazarımızdan çıxarılacaqdır. Həmin qaza görə Avropa İttifaqının hər il sərf etdiyi 10 milyard avro nə Rusiyanı, nə də ki, onun Ukraynaya qarşı təcavüzünü artıq maliyyələşdirməyəcək”,- Yorgensen bildirib.
Onun sözlərinə görə, Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb. Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq. Öz növbəsində, Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq və Azərbaycan iqtisadiyyatında struktur transformasiyaya təkan verəcək.
Teqlər: Energetika







Vaxtında, Aydın, Lazımlı!


