Azərbaycan millisi səfərdə İrlandiyaya qalib gəlib

Azərbaycan millisi səfərdə İrlandiyaya qalib gəlib
  28 Fevral 2026    Oxunub:1898
Kişi basketbolçulardan ibarət Azərbaycanın milli yığma komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
AzVision.az xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olub.

Dublindəki “Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub.

AzVision.az


Teqlər: Azərbaycan   İrlandiya   basketbol  



Xəbər lenti