Avropa Kubokunda Azərbaycanı 6 cüdoçu təmsil edəcək

Avropa Kubokunda Azərbaycanı 6 cüdoçu təmsil edəcək
  25 Fevral 2026    Oxunub:2172
Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində gənc cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.
AzVision.az Azərbaycan Cüdo Federasiyasının məlumatına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Avropa Kubokunda Çinarə Sadıqova, Fəridə Mirzəyeva, Aysun Məmmədova, Nuranə Hacızadə (hamısı 52 kiloqram), Vüsalə Hacıyeva (57 kiloqram) və Nilgün Rzayeva (63 kiloqram) qüvvəsini sınayacaq.

Milli komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq.

AzVision.az


Teqlər: Azərbaycan   Avropa   cüdo  



Xəbər lenti