XXV Qış Olimpiadası başa çatıb
Xatırladaq ki, Azərbaycan başa çatan Oyunlarda fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəkçisi Anastasiya Papatoma ilə təmsil olunub. Litvintsev kişilərin tək yarışında 29-cu yeri tutaraq gözləntiləri doğrultmayıb. Papatoma slalomda 51-ci yeri tutub ki, bu da Azərbaycanın Olimpiya dağ xizəyi yarışlarında ən yaxşı nəticəsidir.
Norveç 18 qızıl, 12 gümüş və 11 bürünc medalla Olimpiadanın qalibi olub. ABŞ ikinci (12-12-9), Hollandiya isə üçüncü (10-7-3) yerləri tutublar.
Növbəti Qış Olimpiya Oyunları 2030-cu ildə Fransa Alp dağlarında keçiriləcək.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İtaliya Olimpiada bağlanış







Vaxtında, Aydın, Lazımlı!


