Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb

Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb
  22 Fevral 2026    Oxunub:2122
Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, AGF Trophy davam edir.
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

İdmançı fərdi mübarizədə 56.440 xal toplayaraq ikinci yerə layiq görülüb.

Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti